Mingəçevirdə kanoye və akademik avarçəkmə idman növü üzrə Prezident Reqatası-2022 yarışının iştirakçıları parad keçirib.
Bizim.Media-nın məlumatına görə, may ayının 6-7-də Suqovuşanda və Mingəçevirdə keçirilməsi nəzərdə tutulan yarış ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunub.
Yarışlarda 5 ölkənin - Azərbaycan, Türkiyə, Moldova, Gürcüstan və Özbəkistanın idmançıları iştirak edəcək. İlk dəfə olaraq, reqata işğaldan azad olunmuş Suqovuşanda start götürəcək.
Bu gün şəhər icra və federasiya rəsmiləri, eləcə də geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə yarış iştirakçıları təntənəli paradla Heydər Əliyev prospekti ilə irəliləyərək reqatanın məqsədini və mahiyyətini təqdim ediblər.
Təqdimatda onların istifadə edəcəyi qayıqlar da nümayiş olunub.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Ehtiram Muradov, Bizim.Media

- A-
- A
- A+
İdman
14:40 / 05.05.2022
Suqovuşanda ilk dəfə reqata yarışları start götürəcək - VİDEO
Hazırda oxunan: Suqovuşanda ilk dəfə reqata yarışları start götürəcək - VİDEO
Hazırda oxunan: Suqovuşanda ilk dəfə reqata yarışları start götürəcək - VİDEO
72910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.