"Beynəlxalq Qızıl Xaç Komitəsi gördüklərinə şahidlik etmir" - İlahə Hüseynova  

Hazırda oxunan: "Beynəlxalq Qızıl Xaç Komitəsi gördüklərinə şahidlik etmir" - İlahə Hüseynova  

72878

"Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərin nə vaxt azad olunmasını sorğulamır. Yəni, kimin necə saxlanıldığı və nə vaxt azad olunacağı bizim səlahiyyətimiz çərçivəsində deyil".  

Bizim.Media xəbər verir ki, bu sözləri BQXK-nın rəsmisi İlahə Hüseynova komitənin Bakı və Bərdə ofislərinin keçirdiyi mətbuat konfransında deyib.  

Azadlığı məhdudlaşdırılmış şəxslərlə bağlı fəaliyyətlərindən söz açan İlahə Hüseynova missiyalarının konfidensial xarakter daşıdığını qeyd edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda saxlanılan Azərbaycan əsilli şəxs yoxdur - RƏSMİ


"Bizim mandatımız bizdən asılı deyil. Dövlətlərin bizə verdiyi səlahiyyətlərə görə saxlanma yerlərinə baş çəkirik. BQXK hazırda 100-ə yaxın ölkədə müxtəlif tərzdə saxlanma yerlərinə baş çəkir. Üstünlük daha çox həssas qruplara baş çəkməkdir. Bu qrupa əcnəbi vətəndaşlar və qadınlar aiddir". 

Komitə rəsmisi əlavə edib ki, saxlanılan şəxsin nə qədər saxlanılmasına müdaxilə etmək kimi missiyaları yoxdur: 

"Əsas mandatımız saxlanma yerinə baş çəkmək, saxlanılan şəxsin şəraiti, onunla rəftarla tanış olmaq və ailəsi ilə əlaqəsini təmin etməkdir. BQXK gördüklərinə şahidlik etmir. Götürülmüş öhdəliyi pozsaq, minlərlə insan bundan ziyan görər və onların başçəkmələri sual altına düşər. Bütün başçəkmələr konfidensial xarakter daşıyır. Bizim üçün vacibi odur ki, saxlanılan şəxsin ailəsi ilə əlaqəsi olsun". 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin