Macarıstanın Baş naziri Viktor Orban Azəraycan Prezidenti İlham Əliyevə Azərbaycan Respublikası ilə Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə məktub göndərib.
Bizim.Media xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orbanın məktubunda deyilir:
“Hörmətli cənab Prezident,
Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı yetirirəm.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Macarıstan Baş nazirinə məktub göndərdi
Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx strateji tərəfdaşlıq münasibətləri qurmuşuq.
Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da hökumətimin dəstəyinə arxalana bilərsiniz. İnanıram ki, enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla nəticələnəcək.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurla arzu edirəm”.
Bizim.Media