Goranboyda bu yol yenidən quruldu - FOTO/VİDEO

Hazırda oxunan: Goranboyda bu yol yenidən quruldu - FOTO/VİDEO

72843

Goranboy rayonunun Dəliməmmədli–Düzqışlaq–Bağçakürd–Dəyirmanlar–Azad–Nizami avtomobil yolu yenidən qurulub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Məlumata əsasən, 14 min nəfər əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 16 kilometrdir. 

Torpaq və çınqıl örtüklü olması yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsini xeyli çətinləşdirdiyi, əhalinin rahat gediş-gəlişinə maneə yaratdığı üçün əsaslı şəkildə yenidən qurulması zəruri olan avtomobil yolu texnoloji ardıcıllığa uyğun olaraq 2 hərəkət zolağı enində və IV texniki dərəcəyə uyğun şəkildə inşa olunub. 

Layihə üzrə yolun hərəkət hissəsinin eni 6, çiyinlərin eni isə hər bir istiqamət üzrə 2 metr təşkil edir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolda mövcud olan 2 ədəd bir aşırımlı körpülərin əsaslı şəkildə təmirini də layihə çərçivəsində icra edib. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin