İsveçrə aprelin 8-də Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi 5-ci paketə uyğun olaraq Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. İsveçrənin gördüyü tədbirlər Aİ-nin sanksiyalar paketinə uyğundur (nəqliyyat qadağaları istisna olmaqla).
Bizim.Media xəbər verir ki, aprelin 27-dən qüvvəyə minən sanksiyaların tam siyahısı White & Case beynəlxalq hüquq firmasının saytında dərc olunub.
Sanksiyalar 200-ə yaxın rusiyalı şəxsin, o cümlədən azərbaycanlı əsilli rusiyalı milyarder Fərhad Əhmədovun və oliqarx Oleq Deripaskanın, həmçinin prezident Vladimir Putinin ailə üzvlərinin və İsveçrədəki bir çox rusiyalı məmurların bank hesablarını və digər aktivlərini dondurur.
İsveçrə siyahıya 18 təşkilatı, o cümlədən dörd Rusiya bankını daxil edib. Bunlar VTB, Sovkombank, Novikombank və Otkritie Bank, eləcə də müdafiə, elektronika, gəmiqayırma və nəqliyyat sənayesində fəaliyyət göstərən müxtəlif şirkətlərdir.
Xatırladaq ki, Fərhad Əhmədov Aİ-nin Rusiyaya qarşı əvvəlki sanksiyaları siyahısından çıxarılıb. Lakin onun adı hələ də 5-ci paketə salınıb.
Sanksiyaların tam siyahısına “whitecase.com” saytında baxa bilərsiniz:
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:05 / 05.05.2022
İsveçrə Fərhad Əhmədovun bank hesablarını dondurdu
Hazırda oxunan: İsveçrə Fərhad Əhmədovun bank hesablarını dondurdu
Hazırda oxunan: İsveçrə Fərhad Əhmədovun bank hesablarını dondurdu
72815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.