Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"

Hazırda oxunan: Erməni generalı: "Qarabağ artıq Ermənistan deyil"

7277

1990-cı illərdə Ağdam, Xocavənd, Şuşa, Laçın, Kəlbəcər və Füzulinin işğalında iştirak edən, Əsgərandakı "Qarabulaq batalyonu" erməni terror qruplaşmasının komandiri, general Arşavir Qaramyan erməniləri "yuxudan oyanmağa" çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Qaramyan öz “Facebook” səhifəsində yazıb.

O, bildirib ki, Ermənistan hakimiyyəti müxalifətlə “siçan-pişik” oynadığı zaman, Azərbaycan rəhbərliyi artıq "Zəngəzurun boynuna ip bağlayaraq onu özlərinə sarı çəkir”.

Yazısının  sonunda "Qarabağ artıq Ermənistan deyil”,- deyə o, qeyd edib.

Qeyd edək ki, Arşavir Qaramyan, Dağlıq Qarabağdakı hərbi xunta rejiminin liderlərindən biri olub.

Birinci Qarabağ müharibəsindən sonra bu rejimin üzvü olaraq Təhlükəsizlik Şurasının katibi, Daxili işlər naziri və Baş prokuror vəzifələrini tutub. O, 2018-ci ildə bu rejimdən qovulub. (Haqqın.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin