Bina evində yaşayanlar üçün vacib XƏBƏR - VİDEO 

Hazırda oxunan: Bina evində yaşayanlar üçün vacib XƏBƏR - VİDEO 

72754

Əksər çoxmənzilli binaların zirzəmi sahəsi qaraj kimi bina sakinlərinə satılır. Hətta, bəzi hallarda bu sahələr bina sakinlərinə icarəyə də verilir. Bəs qanunla bu, nə qədər doğrudur?

Bizim.Media xəbər verir ki, əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı deyir ki, çoxmənzilli binalarda zirzəmi 1 mərtəbədən ibarətdirsə, bu, texniki mərtəbə hesab olunur və bu mərtəbə sırf təhlükəsizlik üçün nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, texniki mərtəbələrin qaraj sahəsi kimi bina sakinlərinə satılması və bu məqsədlə hər hansı sənədin verilməsi qanunsuzdur. 

Mənzil Məcəlləsinin müvafiq maddəsinə görə, mülkiyyətçilərin birgə istifadəsinə aid olan sahələr onsuz da bina sakinlərinə məxsus olduğundan əlavə ödəniş etmələrinə ehtiyac yoxdur. 
Ekspertin sözlərinə görə, bu kimi problemlərdən yaxa qurtarmağın yeganə yolu sakinlərin özlərinin binanın idarəetməsini əllərinə almaları və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini qurmalarıdır. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin