Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.
Bizim.Media avtosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır.
O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.
Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:17 / 04.05.2022
Məktəbli qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşı olub
Hazırda oxunan: Məktəbli qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşı olub
Hazırda oxunan: Məktəbli qızı tutmağa çalışan şəxs Gömrük Komitəsinin əməkdaşı olub
72752
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.