Avtomobillərin texniki baxışında YENİ QAYDA – Sürücülər BU MƏSƏLƏYƏ xüsusi diqqət etməlidir

Hazırda oxunan: Avtomobillərin texniki baxışında YENİ QAYDA – Sürücülər BU MƏSƏLƏYƏ xüsusi diqqət etməlidir

72697

Artıq bir müddətdir ki, avtomobillərin texniki baxışı zamanı yenilik tətbiq edilir. 

Belə ki, bütün texniki Müayinə Mərkəzlərində nəqliyyat vasitələrinin alt işlək hissələri də dəqiqliklə yoxlanılır. Asqıların və sükan mexanizmlərinin nə qədər saz vəziyyətdə olması xüsusi texniki vasitələrlə müəyyən edilir.

Yeni qaydalar isə müəyyən sualların yaranmasına gətirib çıxarıb:

Ümumiyyətlə, alt işlər hissələr dedikdə hansı detallara xüsusi diqqət yetiriləcək? Həmin detalların müayinədən keçirilməsi nə dərəcədə zəruridir?

Sualları Bizim.Media üçün cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, alt işlək hissələr dedikdə avtomobilin asqıları nəzərdə tutulur və onların vəziyyətinin yoxlanılması təhlükəsizlik baxımından olduqca vacibdir:
 

MÖVZU İLƏ BAĞLI:

DYP-dən texniki baxışla bağlı müraciət - VİDEO


“Bu hissələrin yoxlanılması olduqca önəmlidir. Xüsusilə də avtomobil manevr edərkən asqıların saz vəziyyətdə olması vacibdir. Əks təqdirdə bu, qəzaya da səbəb ola bilər”.

Qeyd edək ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər 50 manat məbləğində cərimə edilir.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin