Bakıda binadan özünü ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazovun aldığı xəsarətlər məlum olub.
Bizim.Media xəbər verir ki, xəstəxanaya daxil olarkən onda sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması aşkarlanıb.
Xəstəyə ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə o, özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.
Xatırladaq ki, mayın 3-də saat 12 radələrində Bakı şəhər sakini 17 yaşlı Xumar Babayeva Xətai rayonu ərazisindəki çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindən özünü atıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:57 / 04.05.2022
Məktəbli qızı xilas etməyə çalışan kişinin SON DURUMU
Hazırda oxunan: Məktəbli qızı xilas etməyə çalışan kişinin SON DURUMU
Hazırda oxunan: Məktəbli qızı xilas etməyə çalışan kişinin SON DURUMU
72686
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.