Azərbaycanda 200 nəfəri aldadan şəxs "Xəzər" televiziyasında çalışırmış

Hazırda oxunan: Azərbaycanda 200 nəfəri aldadan şəxs "Xəzər" televiziyasında çalışırmış

72680

Xəbər verdiyimiz kimi, dövlət qurumları adından elan saytlarına saxta vakansiyalar yerləşdirən Sərəstan Bəşirov adlı şəxs saxlanılıb. O, işlə bağlı onunla əlaqə saxlayan hər bir vətəndaşdan sığorta haqqı adı ilə müxtəlif məbləğlərdə pul vəsaitləri alıb. Bu yolla 200-dən artıq şəxsin pulunu ələ keçirərək dələduzluq edib.

Onunla bağlı lent.az yeni məlumatlar əldə edib. 

Bizim.Media xəbər verir ki, Sərastan Bəşirov “Sərastan Gur” imzası ilə şerlər yazır. O, əvvəllər xəbər portallarından birində redaktor kimi çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət qurumları adından saxta iş elanı ilə 200 nəfərin pulunu ələ keçirdi - VİDEO


S. Bəşirovun hazırda "Xəzər" televiziyasında çalışdığı bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin