Ukraynada müharibənin 70-ci günü: Baş Qərargah döyüşlərin harada getdiyini açıqladı

Hazırda oxunan: Ukraynada müharibənin 70-ci günü: Baş Qərargah döyüşlərin harada getdiyini açıqladı

72635

Rusiyanın Ukraynaya təcavüzünün 70-ci günüdür. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mayın 4-nə olan səhər xülasəsində deyilir ki, Rusiya qoşunları Şərqi Əməliyyat Bölgəsində hücumlarını dayandırmır, həmçinin bütün Ukrayna ərazisində nəqliyyat infrastrukturu obyektlərinə hava hücumları həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ukrayna mətbuatında yer alıb.

Mənbə qeyd edir ki, Dnepropetrovsk, Kirovoqrad, Lvov, Vinnitsa, Kiyev, Zakarpatye, Odessa və Donetsk vilayətləri raket zərbələrinə məruz qalıb.

“Ruslar Xarkovu artilleriya və minaatanlardan atəşə tutublar. Donetsk və Tavriçesk istiqamətlərində onlar Ukrayna bölmələrinin hərəkətlərini dayandırmaq məqsədi ilə atəş açıblar.
Limansk istiqamətində Rusiya ordusu Şandriqolovo yaşayış məskəninə tərəf hücuma keçir. Həmçinin Popasnaya bölgəsində hücum əməliyyatları həyata keçirir. Mariupolda ruslar hava zərbələri endirir, Azovstal bölgəsində Ukrayna mövqelərini atəşə tutur”, deyə Baş Qərargah bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin