Burun tutulması xərçəngin əlamətidir?

Hazırda oxunan: Burun tutulması xərçəngin əlamətidir?

72617

Bəzən adi burun tutulmasi xərçəngin inkişafına işarə edə bilər.

Bizim.Media-nın məlumatına görə, həkimlər bildirirlər ki, burunun bir neçə ay ərzində səbəbsiz olaraq tutulması burun-udlağın xərçənginin simptomu kimi meydana çıxa bilər.

Bundan əlavə xəstədə boyunda ağrılı şiş və qulağın tutulması kimi simptomlar da əmələ gələ bilər.

Təəssüf ki, burun-udlaq xərçəngi "lal" xərçəng sayılır. Bu səbəbdən xəstələrin əksəriyyəti yalnız gecikmiş mərhələdə buna fikir verir və həkimlərə müraciət edirlər.

"Unikal" xəbər verir ki, yuxarıda burun-udlaq xərçənginin bu kimi simptomları var:

- Boyunda 3 həftə ərzində keçməyən şişkinlik.

- Bir qulaqda eşitmənin azalması.

- Qulaqlarda küy.

- Burun qanaxması.

- Baş ağrıları.

- İkili görmə.

- Udmanın çətinləşməsi.

- Səsin tutulması, xırıltılı olması.

- Bədən çəkisinin azalması. (Unikal.org)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin