Rusiya "Avroviziya" iştirakçılarına səs verə bilməyəcək

Hazırda oxunan: Rusiya "Avroviziya" iştirakçılarına səs verə bilməyəcək

72548

Mayın 10-da Turində başlayacaq "Avroviziya" mahnı müsabiqəsinin iştirakçılarına ruslar səs verə bilməyəcək.

Bizim.Media “RİA Novosti“yə istinadən xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat verib.

"Müsabiqə zamanı səsvermə yalnız orada iştirak edən ölkələrdən mümkün olacaq. Tədbirdə iştirak etməyən Rusiya öz ərazisindən səs verə bilməz", - məlumatda deyilir.

Qeyd edək ki, fevral ayında Avropa Yayım Birliyi (EBU) Rusiyanın 2022-ci ildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsində iştirak edə bilməyəcəyini açıqlamışdı. Qərar təşkilatın “Ukraynada görünməmiş böhran”la bağlı “narahatlığı” ilə əlaqədar qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin