İranın Bəndər Abbas şəhərində evdə istehsal edilən spirtli içkidən 8 nəfər ölüb.
Bizim.Media fars mətbuatına istinadən xəbər verir ki, bu haqda informasiyanı Hörmüzqan Tibb Elmləri Universiteti yayıb.
Mənbə yazır ki, 59 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İranda islam inqilabından bu yana spirtli içkilərin alqı-satqı və istifadəsinə qadağa tətbiq edilir və 80 dəyənək cəzası var.
Hökumət spirtli içkilərlə mübarizə aparmaq məqsədilə ölkə ərazisində 200-ə yaxın müalicə mərkəzi inşa etsə də, rəsmilər də bunun nəticəsiz qaldığını etiraf edirlər.
Qadağalara rəğmən İranda spirtli içki və narkotik maddələrə tələbat hər il artmaqda davam edir. Səhiyyə Nazirliyinin sabiq rəsmisi Abbasəli Nasihi hələ 2015-ci ildəki açıqlamasında İran ərazisində 2 milyondan çox narkotik maddə və spirtli içki aludəçisinin olduğunu bildirmişdi. İran mətbuatı isə real rəqəmin qat-qat çox olduğunu bildirir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:10 / 03.05.2022
İranda Ramazan bayramında spirtli içkidən 8 nəfər ölüb
Hazırda oxunan: İranda Ramazan bayramında spirtli içkidən 8 nəfər ölüb
Hazırda oxunan: İranda Ramazan bayramında spirtli içkidən 8 nəfər ölüb
72504
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.