Fitrə zəkatı sabah da verilə BİLƏR - İLAHİYYATÇI

Hazırda oxunan: Fitrə zəkatı sabah da verilə BİLƏR - İLAHİYYATÇI

72437

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazanla bağlı müxtəlif deyimlər mövcuddur. Bir sıra müsəlman ölkələrində fitrə zəkatı məhz bayram namazına qədər evdən çıxarılır. Bəzi ilahiyyatçılar isə fitrə zəkatının verilmə vaxtı ilə bağlı xüsusi təlimatın olmadığını hesab edilər.

Yəni üzrlü səbəbdən bayram namazına qədər fitrə zəkatı çıxarmayanlar, digər vaxtlarda bu əməli yerinə yetirə bilərlər. Azərbaycanda Ramazan bayramı bu gün və sabah qeyd olunursa, demək ki, sabah da fitrə zəkatı çıxarıla bilər. 
 

MÖVZU İLƏ BAĞLI:

QMİ-dən fitrə pulu ilə bağlı AÇIQLAMA 


​​​​​​​Bəs İslamda bu məsələ necədir? Fitrə zəkatının çıxarılma vaxtı ilə bağlı fərq varmı? 

İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında fitrə zəkatının verilmə vaxtı elə də əhəmiyyətli deyil:

“Bayram namazına qədər fitrə zəkatı verilməlidir. Çünki adətən namazdan sonra insanlar bayram süfrəsi açır. Yəni, kasıb, imkansız adamlar da süfrə aça bilsin. Əgər üzrlü səbəbdən bayram namazına qədər çıxaranlar olmayıbsa, sonra da verə bilərlər. Burada mahiyyət kasıba, miskinə kömək etməkdir. Fitrə zəkatı insanın bir ay yemədiyi günorta yeməklərinin ya özü, ya da dəyəri olmalıdır. İnsan günorta yeməyinə nə yeyəcəkdisə, onu ayın sonunda toplayıb kasıba verməlidir”.

İlahiyyatçının sözlərinə görə fitrəyə pulla dəyər qoymaq, qiymət müəyyən etmək ibadəti alverə çevirməkdir:

““Qurani Kərim”də deyilir ki, Allahın ayələrini pula satmayın. İbadətləri dünya malı ilə əvəz etmək olmaz. Varlı adam var ki, naharda 1000 manatlıq qara kürü yeyir, adam da var ki, 3 manatlıq sup içir.
İndi sən necə deyə bilərsən ki, bunlar hər ikisi adambaşına 20 manat fitrə verməlidir? Bu ədalətsizlikdir. Hərə öz sosial vəziyyətinə, imkanına görə fitrə verməlidir. İmkanı olmayanlar verməyə bilər”, - deyə Tural İrfan əlavə edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin