"Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək" - İlham Əliyev 

Hazırda oxunan: "Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək" - İlham Əliyev 

72429

"Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında oldu


Dövlətimizin başçısı qeyd edib ki, yaxın, doğma adamın itirilməsinin yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək. 

“İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin