"Xəzər TV"də yayımlanan "Söhbət musiqidən gedir" proqramının aparıcısı Leyla Quliyeva Şuşaya gedib.
Bizim.Media xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Leyla öncə Şuşa şəhərinə gedən yolda və "Cıdır" düzündə lentə alınan fotolarını izləyiciləri ilə bölüşüb.
Fotolara "Şuşaya gedən xoşbəxt Azərbaycanlı. Adətən yüksəklikdən qorxuram, amma "Cıdır" düzündə bütün qorxurlar yox olur" - deyə şərh yazan aparıcı Şuşa şəhəri ilə bağlı fikirlərini belə davam edib:
"Hər dəfəsində bir başqa cür dəyişir Şuşa. Abadlaşır, elə bil ki, sağalır. Şəhidlərimizin ruhu şad olsun! Qazilərimiz şəfa tapsın!".
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 5-də “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Sərəncam imzalayıb.
Rəşad Əliyev, Bizim Media
- A-
- A
- A+
Şoutaym
11:11 / 02.05.2022
Məşhur aparıcının Şuşa MACƏRASI: "Cıdır" düzündə bütün qorxurlar yox olur" - FOTO
Hazırda oxunan: Məşhur aparıcının Şuşa MACƏRASI: "Cıdır" düzündə bütün qorxurlar yox olur" - FOTO
Hazırda oxunan: Məşhur aparıcının Şuşa MACƏRASI: "Cıdır" düzündə bütün qorxurlar yox olur" - FOTO
72383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.