Azərbaycana "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal arxivini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, sənətçi qızı Jasminlə 13 il əvvəl 2009-cu ildə Londonun Trafalgar meydanında lentə alınan fotolarını paylaşıb.
Camal yayımladığı şəkillərinə "29 yaşım vardı, qızım Jasminin isə 3 yaşı" şərh yazıb.
Xatırladaq ki, Jasmin peşəkar futbol ilə məşğul olur.
Qeyd edək ki, Nigar Camalın Jasmindən başqa Səidə adlı qızı da var. Nigarın qızları London şəhərində yaşayır.
Rəşad Əliyev, Bizim.Media