Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Trabzonspor"u Super Liqada qalib gəlməsi münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb.
“2021-2022-ci il mövsümündə Superliqa çempionu olmuş “Trabzonspor” klubunu, azarkeşlərini, Trabzon şəhərini və bütün Trabzonspor ictimaiyyətini səmimi qəlbdən təbrik edirəm”, - deyə o, qeyd edib.
Xatırladaq ki, "Trabzonspor" futbol üzrə Türkiyə çempionatının 35-ci turu çərçivəsində səfərdə "Antalyaspor"la heç-heçə edib (2:2) və vaxtından əvvəl turnirin qalibi olub.
Bizim.Media
Spor Toto Süper Lig 2021-2022 Ahmet Çalık Sezonu Şampiyonu olan @Trabzonspor kulübünü, taraftarını, Trabzon şehrini ve tüm Trabzonspor camiasını en kalbî duygularımla tebrik ediyorum. #ŞampiyonTrabzonspor pic.twitter.com/z42fLpu1QQ
— Recep Tayyip Erdoğan (@RTErdogan) April 30, 2022