ABŞ-da spikerin evinin qarşısına donuz başı atıldı - FOTO

Hazırda oxunan: ABŞ-da spikerin evinin qarşısına donuz başı atıldı - FOTO

7228

ABŞ-da Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına naməlum şəxslər qraffiti çəkərək saxta qan töküb və qapsının ağzına donuz başı atıblar

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmçinin, xanım siyasətçinin evinin divarlarına "2 min dollar”, “Kirayəni ləğv et!”, “Hamısını istəyirik!”, şüarları yazılıb.

Qeyd edək ki, ABŞ Konqresi amerikalılara birdəfəlik maddi yardım haqqında qanun layihəsini təsdiqləyib. Qərarda hər amerikalıya 2 min dollar ödəniş nəzərdə tutulub.

Evin kənarlarında anarxistlərin simvolu - bir dairədə "A" hərfi yazılıb.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin