Ədliyyə Nazirliyinin vəzifələri azaldıldı - FƏRMAN 

Hazırda oxunan: Ədliyyə Nazirliyinin vəzifələri azaldıldı - FƏRMAN 

72204

Prezident İlham Əliyev Ədliyyə Nazirliyinin vəzifələrinin azaldılması ilə bağlı fərman imzalayıb. 

Bizim.Media xəbər verir ki, fərmana əsasən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”nin 9.23-1-ci bəndi ləğv edilir. 

Qeyd edək ki, sözügedən bəndə əsasən, vergi ödəyicisinin siyahıya alınmış əmlakının elektron hərracda və ya satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində satışı ilə bağlı zəruri məlumatlandırma işlərinin aparılmasını, satışa çıxarılan əmlakın aktual elektron bazasının yaradılmasını təmin etmək, habelə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışından əldə olunan vəsait barədə, eləcə də siyahıya alınmış əmlakın hərracda (o cümlədən elektron hərracda) və ya ticarət şəbəkələrində (o cümlədən satışı elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satılması üçün icra məmurlarının sifarişləri barədə rüblük məlumatı hər rüb başa çatdıqdan sonra, növbəti ayın 20-dən gec olmayaraq, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi formada təqdim etmək vəzifəsini nəzərdə tuturdu. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin