"Bakı Metropoliteni" tibbi maska ilə bağlı məlumat yaydı

Hazırda oxunan: "Bakı Metropoliteni" tibbi maska ilə bağlı məlumat yaydı

72203

2022-ci il mayın 1-dən xüsusi karantin rejimi müddətində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, respirator və s.) istifadə tələbi ləğv edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.

Bu barədə Bizim.Media-ya "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir.

Nazirlər Kabinetinin son qərarına uyğun olaraq, buna qədər qurumun qəbul etdiyi müvafiq sənədlərdəki, o cümlədən ictimai nəqliyyatda metodiki göstərişin tibbi maska ilə bağlı tələbi isə mayın 1-dən qüvvədən düşmüş hesab olunacaq.

Bu səbəbdən "Bakı Metropoliteni" QSC-nin tibbi maska ilə bağlı bütün monitorlarda və radiorabitə vasitəsilə verilən audiovizual, eləcə də statik lövhələrdəki məlumatları stansiya və qatarlarda ləğv olunacaq.
Xüsusi karantin rejimi uzadıldığından və virusun yayılması təhlükəsi tam aradan qalxmadığından "Bakı Metropoliteni" QSC-nin aidiyyəti monitorinqləri, metodiki göstərişləri və Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar, tapşırıq və tövsiyələrinə uyğun digər fəaliyyəti davam etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin