Müğənni Roza Zərgərli müəllifi və aparıcısı olduğu “Tam Vaxtıdır” gecə şousunda qızı Bənövşə ilə bir efiri bölüşüb.
Bizim.Media xəbər verir ki, sənətçinin qızı sözügedən verilişdə “Ana” və “Sarı gəlin” mahnılarını ifa edib.
Müğənnilik karyerasına yeni addımlar atan Bənövşənin ifası proqramda iştirak edən digər qonaqların da rəğbətini qazanıb.
Qeyd edək ki, İstanbulda magistratura təhsili alan və yaşayan Bənövşə orada müğənnilik karyerasını davam etdirir. O, özü üçün yeni səhnə adı da seçib.
Türkiyədə ''Ben Ay'' adı ilə fəaliyyətə başlayacaq Bənövşə ilə bağlı "Hürriyet" qəzetində yazı dərc edilib. "Ben Ay" Sezen Aksunun ifasında tanınan və sevilən ''Kaybolan yıllar' mahnısını da lentə alıb.
Rəşad Əliyev, Bizim.Media