Qarabağdakı ermənilər Putindən narazıdır
Rusiyanın “Kommersant” nəşrinin müxbiri Aleksandr Çernıxa işğal altında olan Qarabağ torpaqlarında döyüş xəttinə yaxın kəndlərin birində ermənisayaq bir reportaj yayımlayıb. Heç kimin yaşamadığı bir kəndə bir- iki qoca gətirdərək, Putindən narazılıq nümayiş etdirib. Kənddə “yaşayan” qoca ermənidən müsahibə alan Çernixa qeyd edir ki, burda 400 erməni yaşayırdı, indi hamı qaçıb, beş-on adam qala, ya qalmaya.
Bir erməni qocası da Putindən gileylənir: “Düşünürəm ki, hər şey Putindən asılıdır. Putinin bizim tərəfimizdə olduğunu düşünürük. Baxmayaraq ki, o, azərbaycanlılara silah satır. Xristianların qanı üzərindən ticarət etmək olmaz..."