Dövlət Gömrük Komitəsi: "Səfər Mehdiyev 4 deyil, 14 vətəndaşı qəbul edib"

Hazırda oxunan: Dövlət Gömrük Komitəsi: "Səfər Mehdiyev 4 deyil, 14 vətəndaşı qəbul edib"

72180

Dövlət Gömrük Komitəsi, qurumun sədri Səfər Mehdiyev ötən gün Xaçmaz rayonunda keçirdiyi vətəndaş qəbulu ilə bağlı açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, komitənin sözçüsü Natiq Axundov bildirib ki, qəbul zamanı xəbər saytlarından birinin əlində telefon tutmuş əməkdaşı həqiqətə uyğun olmayan, yanlış məlumat yayıb.

Məlumatda Komitə sədrinin yalnız 4 vətəndaşın müraciətini dinlədikdən sonra qəbulu dayandırdığı, qeydiyyata alınan digər şəxslərin müraciətlərini dinləmədiyi iddia olunub.

"S.Mehdiyev 14 vətəndaşın müraciətlərini dinləyib və qaldırılan məsələlərin həlli üçün tapşırıqlar verib. Müraciətlərdən 4-ü gömrük məsələləri, digərləri isə gömrük orqanlarında işə qəbulla bağlı olub.
İşə qəbulla bağlı müraciətləri Komitənin İnsan Resursları İdarəsi və digər struktur bölmələrinin rəhbərləri dinləyib və onlara işə qəbulun xüsusi imtahanla həyata keçirildiyi izah olunub", - deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin