Açıq-saçıq fotosessiyalara 10.000 dollara çəkilən SƏMRA: “Yorulmuşam, ər çörəyi yemək istəyirəm” – MÜSAHİBƏ

Hazırda oxunan: Açıq-saçıq fotosessiyalara 10.000 dollara çəkilən SƏMRA: “Yorulmuşam, ər çörəyi yemək istəyirəm” – MÜSAHİBƏ

72164

“Miss Azerbaijan-2019” model yarışmasının qalibi Səmra Hüseynova Bizim.Media-nın suallarını cavabıandırıb. 

Qalmaqallı model müsahibəsində səmimi açıqlamaları və etirafları ilə diqqət çəkib:

Hazırda hansı işlə məşğulsan?

Daha çox kastinqlər olur. Yayda o qədər də çəkilişlər olmur. İşlə bağlı təkliflər payızda başlayacaq. İndi işim yoxdur. Oturmuşam “Tik-Tok”da. Belə yaşayıram.

“Tik-Tok”dan söz düşmüşkən… Bir çox məşhurlar “Tik-Tok”dan pul qazanırlar. Bəziləri üçün isə ora əsl gəlir mənbəyinə çevrilib. Bəs Səmra “Tik-Tok”dan nə qədər pul qazanır?

Canlı açıb, bir çox məşhurlarla”Tik-Tok”da oyun oynayıram. Əsl adrenalin yaşayıram. Bir növ mərc oyunlarını xatırladır. Şəxsən mənim üçün ora çox maraqlıdır. Elə ay oldu ki, “Tik-Tok”dan 15.000 dollar pul qazandım. Bir ay da oldu ki, 5000 dollar qazandım. Bir ara da oldu ki, “Tik-Tok”dan pul qazana bilmədim. Çünki münasibətdə idim (gülür). Bir izləyicim vardı… O mənə hədiyyə kimi 10.000 dollar pul göndərdi. Söylədi ki, sənin oyunda qalib gəlməyini istəyirəm. Mən də ağdamlı variantından istifadə etdim (gülür). Dedim ki, qalib olmaq istəmirəm, qəlblərdə birinciyəm. Pulu götürüb, xərclədim. 

10.000 dolları hara xəclədin?

Üstümdə yük çoxdur. Özümə çox az qalır. Mənim öz evim yoxdur, kirayədə qalıram. Mən ağdamlıyam. Valideyinlərim Ağdamdan qaçqın düşüb. Valideyinlərim ev növbəsində 30 il gözləyiblər. Lakin, heç bir qurum bizim müraciətimizə baxmayıb. Dəfələrlə adiyyatı orqanlara bu barədə yazılı müraciətlər etsək də, bizə heç bir köməklik göstərilməyib. Bacımla mən çox acınacaqlı vəziyyətdə böyümüşük. O ki qaldı evimin olmamağına… Çəkilişlərdən qazandığım pullar mənim yalnız gündəlik xərclərimə bəs edir.

Bir müddət əvvəl aktyor və rejissor Kənan Mahmudovla “Tik-Tok”da canlı açıb, oyun oynayırdınız. Birdən sənin işlətdiyin “Bir yerdə əylənmişik” kəlməsi qarşı tərəfi cin atına mindirdi. O qəzəblənərək, səninlə mübahisə edib, canlı efiri bağladı. Əslində nə baş verdi?

Kənan gözəl insandır. Səmimiyəti var. Amma Kənan açdığı canlılarda, məndən betər hərəkətlər edir. Onunla açdığım canlıda Azərbaycan rəqsini ifa edirdim, o isə əlini-üzünü bağladı. İndi özü nə edir? “Can-cana”ya rəqs edir. Nə oldu gözü elə məni götürmədi? Mən onu yalnış mənada demədim. Kənanla çörək kəsmişik. O, İstanbulda olanda mən də orada idim. Aramızda dostluq münasibəti olub. Kənan Azərbaycana kişisinə layiq olmayan bir hərəkət etdi. Canlıda bizə erməni də baxa bilər. Söyləyər ki, bu öz millətindən olan xanıma hörmət, qiymət vermir. Bizim kişilər qadınlara yüksək dəyər versə, tək efirdə yox, hər yerdə, onda hər şey başqa cür olar. Kişi fahişəni görsə belə, onunla qadın kimi rəftar etməlidir. Çünki sən bilmirsən o fahişə valideyinlərinə, övladına və ya yaşadığı mühitə görə bu yola düşüb. Yəni kiməsə qınamaq ki, sən “bu”san olmaz. Ona görə, çalışıb, mehriban olmaq lazımdır. Həyat başımıza nələr gətirəcək, heç kimə bəlli deyil. Kənan məndən üzr istəməyənə qədər, onunla danışmayacağam. Kinli biriyəm. Qəlbimi qıran bir insanın üzr istəmədən danışdırmaq mümkün deyil.


Kişilər qəlbini tez-tez qırır?

Həyatımda çox kişi olmayıb. İndiyədək 1-2 insanla ciddi münasibətdə olmuşam. Onda da sevgim “daşdan-daşa” dəyib. Xəyanətə uğramışam. Xəyanət gördüyüm üçün də mən qorxuya düşmüşəm ki, yenə sevərəm və yenə xəyanətlə üzləşərəm. İndi az yaşım yoxdur. Artıq 30 yaxınlaşıram. Xəyanət etməyən kişi yoxdur. Öz ürəyimi bilirəm deyə, münasibətə üstülük vermirəm. İndi heç kimlə münasibətdə deyiləm. Buna zamanım yoxdur və bu haqda da düşünmürəm. Çox incimişəm. Birinə “həyatım” deyirsən və o sənə həyatın elə dərsini verir ki, anlayırsan ki bu həyat yalnız Allaha məxsusdur. Düşünürəm ki, biz yalnız Allahı sevsək kifayətdir. Bəndələri də Allah rizası üçün. Artıq sevgi yoxdur.

Eşq, sevgi təkliflərinə necə reaksiya verirsən?

Bu yaxınlarda bir dostum yazib, deyir ki, sənin dərdindən bir insan ölür. Sənə dəlicəsinə aşiqdir və hər gün səni düşünür. Həmin şəxs bütün günü mənə çiçək və gül dəstələri yollayırdı. Onun bir sözü məni çox məyus etdi. Kişilər haqda düşünmürəm, qoy onlar mənim haqda düşünsünlər. Artıq işimi düşünürəm, qismət. 



Karyeranı ailənə qurban verərsən?

Edərəm! Yorulmuşam işləməkdən. Bir az da oturub ər çörəyi yemək istəyirəm. Ailə qurmaq istəyən insan iş arxasınca qaçmır. Tanışlıq saytlarında oturub, özünə ər axtarır. Mənim kimi fotosessiyalara, çəkilişlərə qaçmır. Mən elə bir sənət seçmişəm ki, bu sənəti qəbul etmək çox çətindir. Azərbaycan kişinin mənim sənətimi qəbul etməsi çox qəliz məsələdir. Söhbət mənim qadınıma hansısa başqa bir kişi baxıb, tamah salacaq. Bunu hər kişi həzm edə bilməz. Bu sənəti seçəndə ailə quracağam deyə bir məsələ haqda düşünməmişəm. Amma ola bilər, qismət. 

“Kişilərə olar, qadınlara yox” deyiminə münasibətin necədir?

Elə bir şey yoxdur. Qadın da zina edəndə cəza alır, kişi də. Ona görə qadın da, kişi də bərabərdir. Qadına bu olmaz deyə-deyə də bu mentalitet onları çürütdü. Bu səbəbdən cəmiyyətdə qadınları zorlama, tərk edilmə və boşanma kimi hallar çoxalıb. 


Səmra nəyin peşmançılığını çəkib, hələdə yadına düşəndə “barmağını dişləyir”?

Həyatımda elə bir an və ya hadisə yoxdur ki peşmançılıq çəkim. Çünki bəziləri kimi, haqsız yerə heç kimin günahına girmirəm, qəlbinə toxunmuram. Mən bir insana çox dözürəm. Bu “dözərəm”lər çox olur. Telefonun enerjisi 100%-dan 0% kimi dözürəm. Amma 0%-də əgər zərbə alsam o zaman həmin şəxsi məhv edərəm, etmişəm də. Amma o insanlar yenədə ətrafımdadır. Kişi də, qadın da olub. Hətta bir insanı Azərbaycandan deportasiya etmişəm. O şəxs günü bu gün də məni axtarır. Mən unudulmayan bir xanımam. Mən sevəndə elə sevirəm ki, qarşı tərəf mənim Allahım olur.

Kişilər qadınlardan nə istəyir?

Kişilər ovçudur. Bütün kişilər qadınlardan ilk növbədə onları əldə etmək istəyir. Əgər qadın tülkü kimi zehni itidirsə, təslim olmur. O əldə edənə qədər qadın kişini tələyə salırsa, qadın kişini əldə edir. Əgər tərsinə baş verirsə, o zaman kişi qadını əldə edir. 



Xəbər gəzirdi ki, Səmra özünə varlı kişi axtarır. Səmra istəyinə nail oldu?

Bir ara hətta bununla bağlı sosial şəbəkə hesabımda kastinq də təşkil etmişdim. Mən üzdə olan məşhur xanımam. Təbii ki, mən özümə layiq bir kişi seçməliyəm. Bu normaldır. Amma bu məsələ evdə saxladığım pişiyimin doğuşuna təsadüf etdiyindən, hər şeyi unutdum. Mənə o qədər yazırlar, təkliflər edirlər ki… O qədər hədiyyələr alıram ki, sayı-hesabı yoxdur. Gül-çiçəkdən tutmuş bahalı zinət əşyalarına kimi. Amma xəbərləri yoxdur ki, o zinət əşyalarını satıram (gülür). 

Satıb pulunu nəyə xərclədin?

O qədər xərclərim var ki. Pullarımı sağa-sola xərcləyirəm. Bir sözlə, mən bədxərcəm. Məsələn, bir çanta görürəm. Onun qiyməti 5000 manatdır. Gedib o çantanı alıram, amma düşünmürəm ki, bu pula daha çox işlər görə bilərəm. Yəni, mən bir anlıq, bir günlük yaşayan insanam. Əgər bunu görüb, aşiq oldumsa, onu əldə edirəm. O məni xoşbəxt edir. Bu tək əşyalara deyil, eyni zamanda insanlara da aiddir. Bir insan əgər məni xoşbəxt edirsə, onu əldə edirəm.

Bədənimdəki serotaninin təbii yolla qalxmasını çox sevirəm (gülür). Çünki çox zaman insanlar serotanini başqa yollarla, yəni narkotiklə əldə edirlər. Amma mən serotanini insanlara, heyvanlara yaxşılıq etməklə, hündürlükdən atılmaqla əldə edirəm. 


Bir çox xanım məşhurlara vəzifəli şəxslərdən eşq təklifləri gəlir. Sənə belə təkliflər gəlir?

Mənə yalnız elə vəzifəli şəxslərdən sevgi təklifləri gəlir. Mənə elə vəzifəli şəxslərdən eşq təklifləri gəlməlidir də, çünki özümdə vəzifəliyəm (gülür). Kişinin “centilmen” olması daha önəmlidir, nəinki onun vəzifəsi. 

Səmra varlıdır, yoxsa kasıb?

Çox varlıyam. Hər şeyə sahibəm. Sağlığa, valideyinlərə və hədsiz nemətlərə.

Hansı məşhurdan zəhlən gedir?

Zəhləm getmir, amma elə müğənnilər var ki, dinləmirəm. Məsələn, Damla. Mənim tərzim deyil. 


Hansı hərəkətinə görə xəcalət çəkmisən?

Beş günlük dünyadır, nə xəcalət çəkmək?!  Gülmək istəyirsən gül, söymək istəyirsən söy, adam öldürməkdən başqa nə istəyirsən elə. Boş verin hər şeyi. Heç bir hərəkətimə görə xəcalət çəkməmişəm. Bütün olmazları etmişəm. Mənim üçün “olmaz” məhfumu yoxdur. 

Bir xanımla səmimi fotosessiya etmişdin. Bu fotolar sosial şəbəkədə yayıldıqdan sonra müzakirələrə səbəb oldu. Səni bu hərəkətinə görə həm tənqid etdilər, həmdə təhgir. Səmra niyə belə şəkillər çəkdirdi?

Mən sənət adamıyam. O şəkilləri çəkdirmişəmsə, bu o demək deyil ki, mən “LQBT” üzvüyəm. Mən naturalam. Sadəcə, bu bir şoudur. Şou üçün isə hər şey etməlisən. Mən məni tənqid etmələri üçün edirəm. Sənət adamı gərək çoxlu tənqid edilsin. Nə qədər qalmaqallı olsan, bir o qədər maraqlı olursan. Hamı səni müzakirə edir. Ətrafında ajiotaj yaranır. Beləcə insanlara qarşı özündə maraq oyadırsan. İnsanlara şok yaratmağı çox sevirəm və bu məndə çox gözəl alınır. 

Səmra soyunmaqla nə əldə edir?

Mən soyunmamışam. Biri var soyunub, bədənini müzakirəyə çıxardırsan, biri də var ki, soyunub şəkili müzakirə etdirirsən. Çəkdirdiyim fotolarda nə sinəm, nədə ki bəzi müğənnilər kimi popoplastika yolu ilə ombamı göstərmişəm. Məndə hər şey cücə boydadır. Mən şəkili nümayiş etdirmişəm. Amma diqqət etsəniz görərsiniz ki, müğənnilər bədənin hansı üzvünü böyüdürlərsə oranı da ön plana çıxardıb, özlərini PR edirlər. Müğənnilər düzgün soyuna bilmirlər. Bizdə, ümumiyyətlə soyunan müğənni yoxdur. Onlar soyunurlar, mən isə geyinirəm. Amma yenə də müzakirə olunan mənəm.


Bir ara söylədilər ki, Səmra “bir dəri, bir sümük” qalıb. Səhhətində ciddi problemlər yaranmışdı. Hazırda vəziyyətin necədir ?

Nevrotik anereksiyadan əziyyət çəkirəm. Anoreksiya depressiya, travma hallarında baş verir. Məndə biopolyar pozğunluq vardı. Anoreksiya keçirirdim. Bizdə insanlıq yoxdur. Bizdə xəstə anlayışı yoxdur. Xəstə ilə düzgün davranmaq anlayışı yoxdur. Həkimə getmişəm deyirəm ki, “Qida qəbul edə bilmirəm”. Cavab olaraq söyləyir ki, “Məcbur etməlisən özünü qida qəbul etməyə”. Bu cavabı həkimdən eşidəndən sonra, yerlərimizin səhv düşdüyü anladım. Necə də bir həkim bu qədər savadsız olar?! Əgər mən özümü yemək yeməyi məcbur etsəm, sənin yanına köməyə niyə gəlirəm?! Rəfiqələrim də mənim qəsdimə dururdular. Deyirdim ki, yanımda qiybət etməyin, stress keçirdirəm. Daha çox qiymət edirdilər. Adamı başa düşmək istəmirlər. Xəstə olduğumda heç kim mənə yardım etmədi. Məni bu vəziyyətdən çıxardan isə Allahın bir mələyi oldu. O da bir müddət gəldi, sonrada yoxa çıxdı. O insan məni ayaqda qalmağıma köməklik etdi, pis günümdə əlimdən tutdu. İngiltərədən o mənə psixoloq tapdı. Hazırda psixoloji dəstək alıram. Müalicələrimi davam etdirirəm. İndi-indi özümə gəlirəm. Kökəlmişəm. 36 kilo çəkiyə düşmüşdüm. İntihara belə cəhd etdim. Qan qusurdum, adi su içirdim onu qaytarırdım. Amma indi 46 kiloyam. 10 kilo çəki aldım. Anareksiya ruhsal xəstəlikdir. Mənim kimi həssas insanlar hər şeyə çox fikir verir. Hər şeyi çox ürəyimə salıram. 

Elə bir məşhur var ki, onu “qara siyahı”ya atmısan?

Heç kimi “qara siyahı”ya atmamışam. Əksinə, məni atıblar. Bilmirəm niyə, amma məni Zaur və onun yoldaşı Günay “qara siyahı”ya atıb. ATV-də onlar iş yoldaşım olub.

Həyatında hansı qadağalarla üzləşmisən?

Məni bir ara efirlərə çıxmağa müəyyən qüvvələr qadağa qoymuşdular. Hər zaman məni gizlətməyə, örtməyə çalışıblar. Çünki bilirlər ki, üzdə olsam, onlar batacaqlar. Onsuz da elədir. Çünki bu ölkədə ən çox danışılan və müzakirə olunan Səmra Hüseynovadır. Amma mən hər kəsdən yüksəkdə olacağam. İndi məzələnə-məzələnə qalxıram.



“İnstagram”da Səmra ya rəqs edir, yada ki bədənini nümayiş edir. Bəs bütün bunlara valideyinlərin necə münasibət bəsləyir?

Anam, atam oturub mənə baxırlar. Atam dəlisov, çılğın olduğumu artıq qəbul edib, mənə uşaq kimi baxır. Uşaq kimi gülürəm, əylənirəm, rəqs edirəm. Kimisə ehtiraslandırmaq üçün bunları etmirəm. Amma ola bilər ki, hansısa kişi mənə baxıb ehtiraslanır. Bu da normal haldır. Axı mən gözəl xanımam, gözəl bədənim var. 90-60-90 ölçüsünə malikəm. Göz önündəyəm. İstəyirəm ki, əgər kiminsə əhvalı yoxdursa, girib canlıma baxıb əhvalı qalxsın, deyib, gülüb, əylənsin.

Səmra hansı məbləğə soyunur?

Milyonçu bir insan var. O, mənim siluetimi rəsm olaraq çəkdirib öz evində asıb. O insan çox böyük, adlı- sanlı bir şəxsiyyətdir. Mənə 10.000 dollar müqabilində tam çılpaq soyunub, siluetimi çəkdirdi. Nude fotosessiyalara 10.000 dollardan aşağı çəkilmirəm. Bu yaxınlarda da bir heykətaraş mənim heykəlimi çəkdi. Onun üçün mən sənət əsəriyəm. Çünki zərifəm, çox arığam. Sənət əsərinə isə rədd cavabı vermirəm. Mənim üçün bu böyük fəxrdir. Titanikdə o qadının rəsmini çəkəndə, hər zaman xəyal edirdim ki, kaş mənimdə elə bir rəsmimi çəkərdilər. 

Aldığın ən bahalı hədiyyə nə olub?

15 min dollar dəyərində “Chopard”dan saat olub. Onu da itirmişəm və hələ də tapa bilmirəm. O hədiyyəni sevinərək alıb, taksiyə əyləşdim. Orada düşürdüyümü sanıram. Amma taksi deyir ki, belə bir saata avtomobilində rast gəlməyib. Polisə müraciət etmişəm. Amma bir xəbər yoxdur. Mən itirə-itirə gedirəm. O qədər olub ki, telefonlarımı itirmişəm və tapa bilməmişəm. Yaddaşım yoxdur. Alıb sevinənə qədərdir.

Sonda Səmranın oxuyucularımıza ürək sözləri…

İstərdim ki, xanımlar hər zaman pozitiv olsunlar. İş sahibi olsunlar. Kişidən aslı qalmasınlar. Kişilərdən aslı qalanda çalışırlar səni əzsinlər. Çünki onlarda “narsizm” çoxdur. Kişilərə isə əsl Azərbaycan kişisinin qanını danışımağı arzu edirəm. Namuslu olsunlar. Qadınlara çirkin iftiralar atmasınlar, qınamasınlar. Mənim atam yolda çılpaq qadın görsə, ona baxmaz, söz atmaz, hətta başını belə qaldırmaz. Mənə də deyir ki, həyatın işini bilmək olmaz. Sən bu gün çox əziyyətlər çəkmisən. Bu sənəti sevib, seçmisən və səni qınaya bilmərəm. Çünki Allah istədiyi bəndəni öz yoluna gətirə bilir. Çox sevinirəm ki, qəlbim Allah sevgisi ilə doludur. Hamının ürəyi sevgi ilə dolsun. Xoşbəxt olmaq istəyirlərsə, yardım, köməklik etsinlər. Çalışın qəlb qırmayın, əksinə qəlbləri sevindirin. Çox gözəl hissdir. İnsan beləcə xoşbəxt olur”.


Rəşad Əliyev, Bizim.Media

Foto: Rəşad Orucoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin