Laçında fəhlənin minaya düşərək ölməsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Laçında fəhlə minaya düşdü
Qeyd edilib ki, qurumun İstintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsləri ilə cinayət işi açılıb, istintaqı aparılır.
Xatırladaq ki, P.Salahov aprelin 29-da Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Bizim.Media