Laçında işləyərkən minaya düşən şəxs vəfat edib.
Bizim.Media xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Laçında fəhlə minaya düşdü
İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.
Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə məlumat verilib.
Bizim.Media