“Həmçinin Rusiya hökuməti tərəfindən təşkil olunmuş bir təmas da var idi. Moskvada Azərbaycan və Ermənistandan olan ziyalılar qrupu görüşmüşdür və düşünürəm ki, bu formatı da davam etdirmək olar.”
Bizim.Media xəbər verir ki, bu sözlər Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
“Hesab edirəm ki, bu görüşləri Bakıda və İrəvanda da keçirə bilərik. Başqa sözlə, bir-birimizlə danışmağa başlamalıyıq, çünki Ermənistan hökuməti ilə sülhlə bağlı razılığa gəlsək, bu razılaşma, həmçinin milli konsensusun da bir hissəsi olmalıdır”,- deyə Prezident bildirib.
Dövlət başçısının sözlərinə görə, biz bunu anlayırıq. Əks halda, bu razılaşmanı imzalamaq və həyata keçirmək çox çətin olacaq:
“Lakin onlar Azərbaycanı iblisləşdirməyə və bizi onları məhv etmək istəyən xalq və ölkə kimi təqdim etməyə davam etdikdə milli konsensusa necə nail olmaq olar?”
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:08 / 30.04.2022
Prezident: “Azərbaycan və Ermənistandan olan ziyalıların görüşünü Bakıda və İrəvanda da keçirə bilərik"
Hazırda oxunan: Prezident: “Azərbaycan və Ermənistandan olan ziyalıların görüşünü Bakıda və İrəvanda da keçirə bilərik"
Hazırda oxunan: Prezident: “Azərbaycan və Ermənistandan olan ziyalıların görüşünü Bakıda və İrəvanda da keçirə bilərik"
72138
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.