Avropa İttifaqı (Aİ) Körfəz ölkələri, Nigeriya, Qazaxıstan və Azərbaycandan neft idxalını artırmağa çalışacaq.
Bizim.Media-nın məlumatına görə, bu barədə "New York Times" nəşri mənbələrə istinadən bildirib.
Qeyd edilib ki, bu, Aİ-nin Rusiya neftindən imtina ilə bağlı gözlənilən qərarı fonunda baş verəcək:
"Avropa Birliyi ölkələri çox güman ki, gələn həftənin əvvəlində Rusiya neftinə mərhələli embarqonun qoyulmasına razılıq verəcək. Planlaşdırılan embarqonun, tədricən olsa da, qlobal neft qiymətlərinə təsir göstərəcəyi ehtimal olunur.
Blokun daimi nümayəndələri çərşənbə günü, mayın 4-də görüşəcək, gələn həftənin sonuna qədər isə embarqonun yekun təsdiqini elan edəcəklər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
08:57 / 30.04.2022
New York Times: Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq
Hazırda oxunan: New York Times: Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq
Hazırda oxunan: New York Times: Aİ Azərbaycandan neft idxalını artırmağa çalışacaq
72136
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.