May ayının 1-dən MASKA rejimi ləğv olunur – Amma görün NƏ BAŞ VERİR? 

Hazırda oxunan: May ayının 1-dən MASKA rejimi ləğv olunur – Amma görün NƏ BAŞ VERİR? 

72001

Mayın 1-dən maska tələbi ləğv edilir. Apardığımız müşahidələr və sorğular nəticəsində bəlli olub ki, maskadan ayrılmaq istəməyən, İctimai ərazilərdə maska taxmaq niyyətində olanlar kifayət qədər çoxluq təşkil edir. Maraqlıdır, bu insanlarda hansı proses baş verir? Vasvasılıq, adət, yoxsa..? 

Bizim.Media-a məsələni şərh edən psixoloq Gülnarə Orucova qeyd edir ki, maska ləğv olunsa belə bəzi insanlar maskanı taxmaqda davam edəcək və bu normaldır:
 

MÖVZU İLƏ BAĞLI:

DİN-dən maska cəriməsi ilə bağlı qalmaqala CAVAB


“Belə insanlar birinci özündə qüsur görən insanlardır, özünü başqaları ilə müqayisə edə-edə özlüyündə qüsurlar tapmağa başlayır. Belə insanlar düşünür ki, maska mənim qüsurlarımı örtür, nə özündə gördüyü qüsuru həll edəcək gücü olur, nə də güclü psixologiyası var. İkincisi, şüur altında ölüm qorxusu olan insanlardır. Xəstəliyin artmasından qorxan, hay-küyə düşən insanlar, əsasən, belə olur”.

Ekspert hesab edir ki, insanlar bu psixoloji durumdan çıxmaq üçün şəxsi düşüncələrinə “əl” gəzdirməlidirlər:

“Bizim bir arzumuz həyata keçmirsə, o, demək deyil ki, biz bədbəxtik. Bizim burnumuz istədiyimiz kimi deyilsə, biz hökmən burnumuzu kompleks etməliyik. Hal-hazırda ən çox edilən plastik əməliyyatların çoxu burun və arıqlama üçün nəzərdə tutulmuş əməliyyatlardır. İnsanlar kompleksə düşürlər və kompleksə düşəndən sonra plastik əməliyyatlara üz tuturlar. Plastik əməliyyata imkanı çatmayanlar da üzünü maska ilə örtür. Psixoloji vəziyyətimizi düzəltmək üçün dünyaya baxış tərzimizi dəyişdirməliyik. Həyata baxış bucağımızı dəyişəndə görürük ki, nələrsə bizim istədiyimiz səmtə yön almağa başlayır ”.

Psixoloq maskadan istifadə etmək yerinə, daha müsbət həll yolunu göstərib.

“Özgüvənimizi artırmalıyıq. Özümüzə qiymət verməliyik. Başqalarına xoş olsun deyə deyil, özümüz istədiyimiz kimi yaşamalıyıq. Əgər bunu da insanlar özləri bacarmırlarsa, hökmən psixoloqlara müraciət etməlidirlər. Psixoloqlar həmin problem araşdırıb, travmanı həll edə bilir. Nəticəsi olmayan plastik əməliyyatlarına, arıqlatma prosedurlarına qaçmaq olmaz”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin