Azərbaycan xarici media sayğaclarından imtina edir - Metrix.az gəlir

Hazırda oxunan: Azərbaycan xarici media sayğaclarından imtina edir - Metrix.az gəlir

71996

Azərbaycanda saytların reytinqini ölçmək məqsədilə milli sayğac yaradılıb.

Bizim.Media xəbər verir ki, *“Metrix.az”- ilk reytinq və statistika portalının* təqdimat mərasimi bu gün Hilton otelində baş tutacaq.

Belə ki, daha əvvəl saytların reytinqi, daxilolma statistikası kimi göstəriciləri xarici ölkələrə bağlı olan “mediametrics.ru”, "Liveinternet" və s. vasitəsilə ölçülürdü.

Məlumata görə, Metrix.az portalı 64 veb-sayt və 30 telegram kanalı üzrə 10 dəqiqəlik, saatlıq, günlük, həftəlik və aylıq olmaqla media məkanın təhlilini, oxunan vebsaytların və xəbərlərin reytinq və statistikasını müəyyənləşdirir.  Metrix.az-a qoşulan teleqram kanallarının aktivlik və izləyici saylarını, veb-saytların bütün dünya, Azərbaycan, Bakı, Gəncə, Sumqayıt, Abşeron. Abşeron rayonu, Naxçıvan, Sabirabad və Xırdalan bölgələri üzrə oxunma statistikalarını müəyyən edir. 

Milli sayğacın fəaliyyətə başlamasından sonra isə Azərbaycan saytları üçün xarici sayğacların tarixə çevriləcəyi gözlənilirmi?

Qeyd edək ki, milli sayğacın təqdimatı Azərbaycan Respbulikası Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin