Son dövrlərdə Azərbaycanda müxtəlif qanun pozuntularına görə xeyli sayda məmur azadlıqdan məhrum edilib. Onların bir qisminin əmlakları da özləri ilə eyni aqibəti yaşayıb.
Bizim.Media-nın araşdırmasına görə, son dövrlərdə mənimsəmə, rüşvətxorluq və korrupsiya ittihamı ilə həbs olunan bəzi məmurların əmlakları müsadirə edilib, yaxud da üzərinə həbs qoyulub.
Eyni zamanda onlara qarşı zərərçəkmişlər tərəfindən qaldırılan iddiaların təmin edilməsi ilə birlikdə, külli miqdarda zərər sabiq məmurlar tərəfindən ödənilib.
Həmin məmurların və müsadirə edilən mülklərinin siyahısını sizlərə təqdim edirik:
1. Eldar Həsənov
Keçmiş Baş prokuror və səfir Eldar Həsənov 2022-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.
Müsadirə edilən əmlakları:
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ evi və torpaq sahəsi;
Nəsimi rayonunda yerləşən mənzil;
Nərimanov rayonunda yerləşən mağaza;
Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən torpaq sahəsi;
Xətai rayonunda yerləşən fərdi yaşayış evi;
Monteneqroda yerləşən mənzil.
Bundan əlavə, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin dəymiş ziyanla bağlı qaldırdığı 18 milyon 500 min manatlıq iddia təmin edilib.
2. Vidadi Muradov
“Azərxalça” ASC-nin idarə heyətinin sabiq sədri ötən ilin iyul ayında həbs olunub, noyabrında isə dünyasını dəyişib.
Vidadi Muradov və ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarıyla həbs qoyulub.
Üzərində həbs olan əmlakın 19 milyon 144 min 554 manatlıq hissəsi evlər, qeyri-yaşayış sahələridir. Müsadirəsi istənilən 11 milyon 442 min 490 manatlıq əmlak isə Vidadi Muradovun təsisçisi olduğu “Azər-İlmə” MMC-nin səhm payları və aktivləridir.
3. Vüqar Səfərli
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Müsadirə edilən mülkləri:
Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;
Xətai rayonu, Əhmədli qəsəbəsi, Əhmədli 9 küçəsi, ev 14 ünvanında yerləşən torpaq sahəsi;
Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;
Xətai rayonu, Lütfi Zadə küçəsi, ev 18A (49 kv/m) ünvanı;
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,1 hektarlıq torpaq sahəsi;
İsmayıllı rayonu, Ticran kəndində yerləşən 0,19 hektarlıq torpaq sahəsi müsadirə olunub;
“Mercedes Benz ML 350”, “Volkswagen Tuareg” və “Toyota Land Cruiser” markalı avtomobilləri;
Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0,223 hektar torpaq sahəsində olan 701 nömrəli 192.8 kv/m-lik bağ evi;
Binəqədi rayonu, Novxanı kəndində yerləşən 291 kv/m-lik bağ evi;
Oğlu Seymur Səfərliyə məxsus Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;
"Rabitəbank" ASC-də hesabında olan 300 min manatı, həmin bankda oğlunun hesabına olan 500 min manatı və Baş Prokurorluğun depozit hesabına qoyulmuş 200 min manat vəsait.
4. Qoca Səmədov
Yexlavın keçmiş icra başçısı ötən ilin noyabrında həbs olunub.
Müsadirə edilən əmlakları:
Hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil;
Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt;
Yevlaxın Qoyunbinəsi kəndində ümumi dəyəri 61 min 800 manatlıq beş müxtəlif torpaq sahəsi;
Rayonun Havarlı kəndində 18 min manatlıq torpaq sahəsi;
Goranboy rayonunun Aşağı Ağcakənd kəndində cəmi 50 min 950 manat qiyməti olan üç ayrı torpaq sahəsi;
Elə həmin kənddə 0.37 hektar ərazi və orada tikilmiş iki fərdi yaşayış evi – dəyəri 321 min manat;
Yevlax şəhəri, Aran qəsəbəsində 200 min manatlıq "Su səsi" restoranı;
Yevlax rayonunun Salahlı kəndində 2 min 159 kvadratmetrlik, 228 min manat dəyərində obyekt;
Tikintisi yarımçıq qalmış, 251 min manatlıq ikimərtəbəli uşaq bağçası.
30 min manat nağd pul;
Eyni zamanda Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki "DOST" İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb və bu iddialar təmin edilib.
5. İsmayıl Vəliyev
Lənkəranın sabiq icra başçısı on il müddətinə azadlıqdan məhrum edilib.
Səbail rayonu, Mətbuat prospektində yerləşən mənzil;
Gəncə şəhəri Nizami rayonunda yerləşən fərdi yaşayış evi;
Bakı şəhər Yasamal rayonu ərazisində yerləşən 1,5 kv.m qeyri-yaşayış sahəsi;
Yasamal rayonu Qurban Xəlilov küçəsində yerləşən ikimərtəbəli mənzil, 6 otaqlı daha bir mənzil;
Qobustan rayonu Xilmilli kəndində əmlak kompleksi müəssisəsi (Xırman binası);
Qobustan rayonu Mərəzə qəsəbəsində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası;
“Neftçala Taxıl” ASC-nin xüsusi mülkiyyətində olan müəssisə;
Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən “Yurdum” adlı ictimai-iaşə obyekti və torpaq sahəsi;
6. Zakir Soltanov
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun 11 il həbsə məhkum edilməsi barədə hökm çıxarıb. Zakir Soltanov külli miqdarda mənimsəmədə ittiham olunub və o, məhkəmə qərarı ilə 5,3 milyon manat vəsaiti zərərçəkmişə geri ödəyib.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:00 / 29.04.2022
Əmlakları müsadirə olunan məmurların YENİ SİYAHISI
Hazırda oxunan: Əmlakları müsadirə olunan məmurların YENİ SİYAHISI
Hazırda oxunan: Əmlakları müsadirə olunan məmurların YENİ SİYAHISI
71958
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.