Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin nəticələrinə görə məhkəmə qarşısına çıxarılması üçün prokurorluqdan müraciət alıb.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Müharibədə ölən erməni hərbçilərin valideynləri Paşinyanın təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı prokurorluğa tələb təqdim ediblər. Baş Prokurorluq onların ərizəsini Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə (istintaq funksiyaları ilə məşğul olan) göndərib.
"Müraciət aprelin 27-də daxil olub və qanunla müəyyən edilmiş müddətdə baxılacaq", - mətbuat xidmətindən bildirilib.
Xatırladaq ki, 2022-ci il aprelin 18-də həlak olan hərbçilərin valideynləri Ermənistan Baş Prokurorluğuna Paşinyanın dediklərinə görə cinayət işinin açılması tələbi ilə müraciət ediblər. Baş nazir bildirib ki, əraziləri təslim etməklə minlərlə insanın həyatını xilas etmək olarmış, amma o, bundan imtina edib və nəticədə minlərlə insan ölüb.
Aprelin 25-dən isə müraciətin cavabı tələb edilib.
Baş Prokurorluq bildirib ki, sənədlər Baş Qərargahın keçmiş rəisi Movses Akopyanın işi ilə birləşdirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Region
17:54 / 28.04.2022
Paşinyan dindiriləcək - Ölən erməni hərbçilərin valideynləri TƏLƏB EDİR
Hazırda oxunan: Paşinyan dindiriləcək - Ölən erməni hərbçilərin valideynləri TƏLƏB EDİR
Hazırda oxunan: Paşinyan dindiriləcək - Ölən erməni hərbçilərin valideynləri TƏLƏB EDİR
71927
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.