“İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilib - FOTO

Hazırda oxunan: “İrəvan Müəllimlər Seminariyası” adlı elmi konfrans keçirilib - FOTO

71914

Bu gün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “İrəvan Müəllimlər Seminariyası” mövzusunda elmi konfrans keçirilib.

Bizim.Media xəbər verir ki, elmi konfransda Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Firudin Qurbanov, ARTİ-nin direktoru Rüfət Əzizov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva və digər ictimai xadimlər, professorlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirinin müavini Firudin Qurbanov “İrəvan Müəllimlər Seminariya”sı adlı elmi konfransın keçirilməsinin əhəmiyyətli və vacib olduğunu qeyd edərək seminariyanın tarixi haqqında məlumat verib. 
ARTİ-nin direktoru Rüfət Əzizov elmi konfransın keçirilməsində əsas məqsədləri bildirərək İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəyini diqqətə çatdırıb.

Həmçinin Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli elmi konfransı tarixi hadisə adlandıraraq seminariyanın tarixinin tətbiq və təbliğ olunmasını böyük qiymətləndirərək, bu tarixi mirasın qorunub saxlanılmasının vacibliyini vurğulayıb. 

Konfransda iştirak edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva da çıxışı zamanı “İrəvan Müəllimlər Seminariyası”nın şərəfli tarixinin təhsil müəssisələrində tədris olunması və ümumi təhsildə şagirdlərin məlumatlandırılması barədə fikirlərini bildirib. 

AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov da elmi konfransda çıxış edərək “İrəvan Müəllimlər Seminarıya”sı haqqında fikirlərini dinləyicilərlə bölüşüb. 

Elmi konfransın keçirilməsində məqsəd İrəvan Müəllimlər Seminariyasının yaranması, fəaliyyəti və onun Azərbaycan təhsilinə, elminə, pedaqoji kadr hazırlığına verdiyi töhfələri pedaqoji ictimaiyyətin nümayəndələri ilə birlikdə geniş müzakirə etmək və təkliflər formalaşdırmaqdır.
Elmi konfransın “İrəvan Müəllimlər Seminariyası: milli maarifçilik hərəkatının aparıcı qüvvəsi” adlı ikinci panelində ADPU - nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov, ADU - nun Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Allahverdiyev məruzə ediblər.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin