Ərdoğandan Putinə: “Ölkələrimizin kəşfiyyat xidmətləri arasında sıx dialoq olmalıdır”

Hazırda oxunan: Ərdoğandan Putinə: “Ölkələrimizin kəşfiyyat xidmətləri arasında sıx dialoq olmalıdır”

71907

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə və Rusiya Federasiyasının kəşfiyyat xidmətləri arasında sıx dialoqun zəruriliyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə liderinin ofisinə istinadən məlumat yayıb.

“Prezident Ərdoğan bildirib ki, həbsdə olan Rusiya və ABŞ vətəndaşlarının mübadiləsində Türkiyənin vasitəçilik etməsi Ankaranın sülh, dialoq və əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi olmaqla yanaşı, həm də vasitəçilik missiyası baxımından əhəmiyyətlidir", - ofisin açıqlamasında deyilir. 
Milli Kəşfiyyat Təşkilatının oynadığı rola işarə edən prezident Ərdoğan, həmçinin kəşfiyyat qurumları arasında koordinasiya və sıx dialoqun davam etdirilməsinin zəruriliyini bildirib.

O, bunun regionda humanitar faciələrin qarşısının alınmasına və sabitliyin bərqərar olmasına töhfə verəcəyini bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin