Latviyanın Xalq artisti, populyar estrada müğənnisi Layma Vaykule rusiyalı şoumen Maksim Qalkini “yaşlı qadınla evlənən gey” adlandıran erməni jurnalist Marqarita Simonyanı “yıxıb-sürüyüb”.
Bizim Media xəbər verir ki, sənətkar jurnalistin qalmaqallı çıxışı ilə bağlı sosial şəbəkədə son 14 saat ərzində izləyicilərdən qəzəbli mesajlar aldığını vurğulayaraq, “Alla-Maksim” cütlüyünün müdafiəsinə qalxıb.
“Mən Marqarita Simonyanın kim olduğunu təxmin edirdim. İndi isə bilirəm. Bu, hər hansı əxlaq və etika normalarına məhəl qoymayan bir insandır.
Müğənni hesab edir ki, Simonyan bu xoşbəxt cütlüyə nifrət hissi bəsləyir.
“Onların ailəsinin şərəf və ləyaqəti qəsdən alçaldılır və bu cür nalayiq formada ifadə olunur. Peşəkar və insan səriştəsizliyi göz qabağındadır. Ağlını itirmisən, Marqarita? (Siz bu insanları heç tanımırsınız!).
Həm də təəccüblüdür ki, federal kanalda danışaraq və ciddi mövzuları müzakirə edərək bu cür alçaq ifadələrə yol vermisiniz. Sizin açıqlamalarınız təkcə Alla və Maksimə deyil, həm də onların çoxmilyonluq pərəstişkarları ordusuna hörmətsizlikdur.
Bütün bunlar sizə şərəf vermir. Əksinə mədəniyyətinizin, intellektinizin aşağı səviyyədə olduğunu göstərir. Biz, onların dostları sizin hücumlarınıza göz yuma bilmərik”.
Qeyd edək ki, Marqarita Simonyan “Rossiya 1” tele kanalında yayımlanan tanınmış jurnalist Vladimir Solovyovun müəllif verilişində Rusiya hakimiyyətinin Ukraynadakı hərəkətlərini tənqid edən Maksim Qalkin haqqında danışıb.
Marqarita Maksimi “fırıldaqçı” adlandıraraq onu canlı efirdə biabır edib:
“O, geydir. Fikirləri yayındırmaq, zənginləşmək və karyera yolu üçün yaşlı bir qadınla evlənir və ona inanmayan tamaşaçılarının əsl sevgisinə sahib olmağa çalışır”.
Rəşad Əliyev, Bizim.Media