BMT-nin sülhməramlı səfiri: "Ermənistan beynəlxalq normaları pozub"

Hazırda oxunan: BMT-nin sülhməramlı səfiri: "Ermənistan beynəlxalq normaları pozub"

7185

Fransa Ali Musiqi Akademiyasının direktoru, Azərbaycanın Əməkdar artisti, BMT-nin sülhməramlı səfiri Adilə Əliyeva dünya ictimaiyyətinə açıq məktubla müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Fransada 30 ildir, yaşayan azərbaycanlı pianoçu deyib ki, hətta qlobal pandemiya belə Azərbaycan torpaqlarının qonşu Ermənistan tərəfindən işğal olunması ağrısını azaltmağa qadir deyildi:

"30 illik işğal bir milyon qaçqının və müxtəlif milliyyətdən, dindən olan Azərbaycan əhalisinin – rusların, ermənilərin, yəhudilərin, ləzgilərin və başqalarının qan yaddaşında yer alan ali ədalətə inamını məhv edə bilməyib".

Müəllif ermənilərin XIX əsrdə Azərbaycan torpaqlarına köçürüldüyü, Ermənistanın bütün beynəlxalq normaları kobudcasına pozaraq Azərbaycan torpaqlarını işğal etdiyi, dəhşətli müharibə cinayətləri törətdiyi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin parlaq taktikası və qələbə strategiyası, ordumuzun qəhrəmancasına savaşması nəticəsində ölkəmizin Zəfər qazanaraq, BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirdiyi barədə ətraflı məlumat verib.

BMT-nin sülhməramlı səfiri bildirib ki, 30 illik işğal ərzində Azərbaycanın mədəni irsinə böyük ziyan vurulub, tarixi və dini abidələri (həm müsəlman, həm də xristian) məhv edilib, dağıdılıb, təhqir edilib, islam və xristianlığın qanunları, şərəfi və qaydaları kobudcasına pozulub:

"Ermənistan uzun illər ərzində Azərbaycanın tarixi və mədəni irsini mənimsəyirdi, hər xalqın tarixi-mədəni dəyərlərinin müdafiəsi haqqında UNESCO konvensiyasını pozurdu".

Tanınmış sənətkar digər ölkələrin mədəniyyət və incəsənət təmsilçilərini Azərbaycanın işğaldan azad olunmuş torpaqlarını ziyarət etməyə, erməni işğalçılarının törətdikləri dağıntıların dəhşətli miqyasını görməyə dəvət edib.

Müsəlman Şərqində, məhz Azərbaycanda ilk demokratik respublikanın qurulduğunu, qadına səsvermə hüququnun verildiyini, ilk operanın, baletin, operettanın yarandığını xatırladan sənətkar bütün ölkələrin və xalqların sülhməramlı səfirlərini müstəqil dövlətimizin əldə etdiyi sülhün qorunması üçün öz töhfələrini bəxş etməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin