Qazaxıstanı hədələyən Keosayana CAVAB: “Neonasistləri İrəvanda Njdenin heykəli yanında axtar”

Hazırda oxunan: Qazaxıstanı hədələyən Keosayana CAVAB: “Neonasistləri İrəvanda Njdenin heykəli yanında axtar”

71841

Qazaxıstan Respublikası Parlamenti Senatının Xarici Əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Muxtar Kul-Məhəmməd rusiyalı təbliğatçı Tiqran Keosayanın qalmaqallı bəyanatına münasibət bildirib.

Bu barədə Bizim.Media Qazaxıstan mətbuatına istinadən xəbər verir.

“Ermənistanın paytaxtı İrəvanda bəşər tarixində baş faşist və nasist Hitlerin əlaltısı Qaregin Njdeyə abidə ucaldılıb. O, dövlətə xəyanətə görə sovet həbsxanasında çürümüş adamdır. Ona görə də əgər Keosayan neonasistləri axtarmaq istəyirsə, qoy onları öz tarixi vətənində axtarsın və Qareginin abidəsi qarşısında parad keçirsin, özü də orada iştirak etsin”, - Kul-Məhəmməd Senatda jurnalistlərə bildirib.

Xatırladaq ki, Rusiyada yaşayan erməni jurnalist Marqarita Simonyanın əri Tiqran Keosayan özünün YouTube kanalında Qazaxıstanla bağlı təhqiramiz ifadələrə yol verib.

Keosayan respublikanın Qələbə paradını keçirməmək qərarına əsaslanaraq belə bir açıqlama yayıb. O, Qazaxıstan Müdafiə Nazirliyinin cavabı və mətbuatda ləğvin səbəbinin ölkə büdcəsinin iqtisadiyyatı olması ilə bağlı dərci ilə kifayətlənməyib.
Keosayan həmçinin bildirib ki, qazaxıstanlılar Rusiyanın xarici siyasətini dəstəkləməyə borcludurlar.

O, “dostluq oyunları bitdi” kəlməsini işlədib və Qazaxıstanın açıq-aşkar rusiyayönlü mövqe nümayiş etdirməli olduğunu ifadə edib.

Tiqran sonda qazaxıstanlıları “Ukrayna ssenarisi”nə baxmaqla hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin