Xəbər verdiyimiz kimi, ötən gün Bakının Qaradağ rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, “qafqazinfo” sözügedən qəza ilə bağlı yeni məlumatlar əldə edib.
Belə ki, qəzadan bir neçə dəqiqə öncə Bakı şəhər sakinləri 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu maşını imsak etmək üçün saxlayıblar.
Bu zaman Əsədzadə İbrahim Qaraş oğlu nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı maşınla paytaxt istiqamətində hərəkətdə olarkən, yol kənarında saxladıqları avtomobildən düşüb piyada qismində dayanan şəxsləri vurub, eyni anda Cəfərov Səyavuşa məxsus “Mercedes” markalı, 90-CR-455 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə çırpılıb.
Məlumata görə, qəzanı törədən İbrahim Əsədzadə həbsdən yeni çıxıbmış.
Qəza nəticəsində hadisə yerində ölən S.Cəfərov və E.Qurbanov iş yoldaşı olublar. Əslən Ordubadın Aza kəndindən olan E.Qurbanovun üç övladı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:57 / 28.04.2022
Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış... - VİDEO
Hazırda oxunan: Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış... - VİDEO
Hazırda oxunan: Yol kənarında faciəvi şəkildə ölənlər maşını imsak üçün saxlayıblarmış... - VİDEO
71817
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.