Aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, Quba Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib sonuncunun yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:53 / 28.04.2022
Azərbaycanda qız anasını stəkanla ölümdən XİLAS ETDİ - Atası boğmaq istəyib
Hazırda oxunan: Azərbaycanda qız anasını stəkanla ölümdən XİLAS ETDİ - Atası boğmaq istəyib
Hazırda oxunan: Azərbaycanda qız anasını stəkanla ölümdən XİLAS ETDİ - Atası boğmaq istəyib
71816
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.