Şuşada beynəlxalq konfrans keçiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri - Prezidentin köməkçisi Hikmət Hacıyev özünün Tvitter hesabında yazıb.
“Ağdamın adını daşıyan təyyarə ilə “Shusha Majlis Discussion” formatında beynəlxalq beyin mərkəzləri ilə “Cənubi Qafqazın inkişafı və əməkdaşlığı” mövzusunda beynəlxalq konfransı keçirmək məqsədilə Şuşaya səfər etmək üçün bu yaxınlarda tikilmiş Füzuli hava limanına uçuruq. Şuşa həm də regionun diplomatik paytaxtı olur”, - Hikmət Hacıyev qeyd edib.
With Plane after name of Agdam we are flying to recently built Fuzuli airport to visit Shusha to hold intern-l conference on "South Caucasus Development&Cooperation" with inter-l think tanks under #ShushaMajlisDiscussion format. #Shusha becomes also diplomatic capital of region pic.twitter.com/bGDQUNz8Mq
— Hikmet Hajiyev (@HikmetHajiyev) April 28, 2022
Bizim.Media