Rusiyada cinayət işi açılan azərbaycanlı jurnalist: "Heç bir ittihamı qəbul etmirəm"

Hazırda oxunan: Rusiyada cinayət işi açılan azərbaycanlı jurnalist: "Heç bir ittihamı qəbul etmirəm"

71781

Azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində açılan cinayət işi ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, açılan cinayət işini qəbul etmədiyini, əsassız olaraq ittiham edildiyini deyib:

“Məni yalanda ittiham edirlər. Halbuki, yazdığım postda yalnız bir yanlışlıq var. O, da Jukovun beşqat deyil, əslində dördqat Sovet İttifaqı Qəhrəmanı olmasıdır. Yerdə qalan faktların hamısı “Wikipedia”dan, yəni açıq mənbələrdən götürülüb. Həmin faktlar hətta marşalın öz xatirələrində də var. Axı burada yalan və nasizmin təbliği haradadır?”, - deyə həmyerlimiz bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin