Kəlbəcərdə 20 nəfəri minadan xilas edən əsgərlə görüş - FOTO

Hazırda oxunan: Kəlbəcərdə 20 nəfəri minadan xilas edən əsgərlə görüş - FOTO

71771

Quba şəhərindəki Azərbaycan-Türkiyə qardaşlıq parkında bu günlərdə Kəlbəcərdə xüsusi şücaət göstərməsi ilə məşhurlaşan qubalı əsgər Mərdəli Aşurovla rayon ictimaiyyətinin görüşü keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə rayon rəsmiləri, DTX-nin rayon şöbəsinin rəisi, ictimaiyyət nümayəndələri, gənclər, qaziər, hərbçilər və məktəblilər iştirak edib.

Görüş rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səslənib.
 

MÖVZU İLƏ BAĞLI:

20 nəfəri mina partlayışından xilas edən əsgər danışdı: “Heç bilməzdim ki...”


Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bir müddət əvvəl İctimai Televiziya ilə Kəlbəcərin Günəşli kəndində ata-baba yurdlarına, evlərinə getmək istəyən Kəlbəcər sakinlərini müşayiət edən zaman əsgər Mərdəli Aşurovun göstərdiyi igidlikdən və cəsur hərəkətindən danışıb: 

"O, ərazidə tank əleyhinə mina olduğunu düşünərək özü həmin yeri  yoxlayıb və həqiqətən burada mina olduğunu aşkar edib. Əgər bu mina aşkar edilməsəydi, bu yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, 20 nəfər oradan sağ çıxmayacaqdı. Böyük faciə yaşanacaqdı".

Baş verə biləcək bu faciənin qarşısının məhz Azərbaycan Milli Ordusunun Qubadan olan 19 yaşlı əsgəri Mərdəli Aşurovun  aldığını söyləyən icra başçısı Ziyəddin Əliyev belə bir qorxmaz oğul böyütdüyü üçün onun valideynlərinə təşəkkür edib.

"Estafet etibarlı əldədir. Vətən Müharibəsində Qarabağı alan gənclərin yolunu indi  Mərdəli Aşurov kimi iğid oğullar şərəflə davam etdirir. Deməli, müasir gənclik və hərbimiz şəhidlərimizin qisasını unutmur və hər an  belə təxribatların qarşısını almağa hazırdır", -deyə icra başçısı vurğulayıb.

Digər çıxışlarda da Mərdəli Aşurovun mina axtarma bacarığı sayəsində 20 nəfərin rastlaşacağı faciədən danışılıb, onun bu cəsur hərəkəti yüksək qiymətləndirilib.
Qəhrəman əsgərə icra hakimiyyəti adından Fəxri Fərmanın, üzərində Heydər Əliyevin şəkli olan qızıl saat və diğər hədiyyələri təqdim edilib.

YAP-ın Quba rayon təşkilatının sədri Fidan Hüseynova da igid əsgərə hədiyyələr təqdim edib.

Qeyd edək ki,Mərdəli Aşurov Kəlbəcərdə 20 nəfəri mina partlayıışından xilas etdiyi üçün qulluq etdiyi hərbi hissə tərəfindən bir həftə müddətinə doğulduğu Qubanın Qımıl kəndinə məzuniyyətə buraxılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin