Gürcüstan prezidenti Saakaşviliyə görə ABŞ-a çağrılıb? – Gürcü EKSPERT

Hazırda oxunan: Gürcüstan prezidenti Saakaşviliyə görə ABŞ-a çağrılıb? – Gürcü EKSPERT

71750

Gürcüstan mətbuatının yazdığına görə, hazırda ölkə prezidenti Salome Zurabişvili ABŞ-da səfərdədir. Gürcüstan rəsmiləri onun Vaşinqtona ABŞ-ın sabiq dövlət katibi Madlen Olbraytın dəfnində iştirak etmək üçün getdiyini yazır. 

Amma Gürcüstanda qızğın müzakirələr gedir ki, Vaşinqtonda ona Ukrayna məsələsində konkret mövqe sərgiləməsi üçün təzyiq ediləcək. Bu istiqamətdə Zurabişvili ilə Vaşinqtonun kəskin şəkiıdə danışacağı bildirilir. Ya Zurabişvili Ukraynada rus ordusunun törətdiyi iddia edilən qırğınları genosid adlandırmalı, ya da liderləri Bdzina İvanaşvilinin yanında olduğunu etiraf etməlidir. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ Gürcüstana səsləndi: “Saakaşvilinin məhkəməsi ədalətli olmalıdır”


Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Gürcüstan Antikorrupsiya Hərəkatının lideri Laşa Parulava özünün əldə etdiyi məlumata əsasən bildirib ki, Zurabişvilini ABŞ-a əsasən sabiq prezident Saakaşvili ilə əlaqədar olaraq çağırıblar:

“Bu barədə dəqiq nəsə deyə bilmərəm. Dəqiq məlumatım yoxdur. Amma ola bilsin xanım Salome Zurabişvilini bir sıra siyasilərin dediyi kimi, Vaşinqtona Ukrayna ilə bağlı konkret mövqe bildirmək üçün çağırıblar. 

Amma ölkəmizdə indi əsas problem Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhətinin pisləşməsi məsələsidir. Böyük ehtimalla ölkə başçısını da Vaşinqtona Saakaşvili ilə bağlı olaraq dəvət ediblər ki, onun buraxılmasına nail olunsun. Düşünürəm ki, Vaşinqton bu məsələdə Zurabişvilini öz tərəfinə çəkə biləcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin