Ad günü olan Məleykə dostlarına SƏSLƏNDİ: “Mənə üzük hədiyyə edin” - VİDEO

Hazırda oxunan: Ad günü olan Məleykə dostlarına SƏSLƏNDİ: “Mənə üzük hədiyyə edin” - VİDEO

71741

“Zinət əşyalarını çox sevirəm. Çox arzu edərdim ki, dostlarım mənə üzük hədiyyə edərdilər”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Mələykə Əsədova 55 yaşını qeyd etdiyi “Söhbət var” şousunda qonaq olarkən deyib.  

Verilişin aparıcısı, əməkdar artist Dilarə Əliyeva aktrisada ekranda nümayiş olunan sözlərə fikir bildirməsini istəyib.  
Ekranda yazılan “Qırmızı lent” sözünə Əsədova “Allah mənə qızımın belində qırmızı lent görməyimi qismət etsin” deyə, şərh bildirib.  

Daha sonra Mələykə ekranda nümayiş olunan “ev” yazısına “Ad günümdür, nə olardı mənə ev hədiyyə edərdilər. Arzulayıram ki, mənə ev hədiyyə etsinlər” deyə, qeyd edib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin