Kəlbəcərdə yerüstü sulardan istifadə olunacaq

Hazırda oxunan: Kəlbəcərdə yerüstü sulardan istifadə olunacaq

71704

Kəlbəcər şəhərinin magistral xətti bərpa edilib və rayon ərazisində yerləşən hərbi, mülki obyektlər su ilə təmin olunub. 

Bizim.Media xəbər verir ki, bunu "Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, Kəlbəcərin baş planı hazır olandan sonra, rayon ərazisində yerüstü sulardan istifadə olunacaq. 

"İndidən orada necə su anbarı tikiləcəyini dəqiq deyə bilmərik. Bildiyiniz kimi, yerüstü sularda kəşfiyyat deyil, daha çox qiymətləndirmə aparılır.
Yəni, suyun debiti yayda və qışda necə olur, suyun keyfiyyəti necədir, yağıntılı dövrlərdə sel daşqınları zamanı suyun çirklənməsi necə olur və s. Bunlar hamısı kompleks şəkildə araşdırılır və sonda qərar veriləcək. Əsas odur ki, içməli su mənbəyi ilə bağlı heç bir problemimiz yoxdur. Orada çox keyfiyyətli su ehtiyatları, bol suyumuz var",- deyə Anar Cəbrayıllı qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin