Atasını söyən şəxsi bıçaqladı

Hazırda oxunan: Atasını söyən şəxsi bıçaqladı

71644

Siyəzəndə həmkəndlisini bıçaqlayan şəxsin kimliyi bəlli olub. Zarat kənd sakini, 63 yaşlı Nəzərəli Şərafəddin oğlu Fərzəliyevi həmkəndlisi, 45 yaşlı Həsənağa İbadulla oğlu Bünyatov bıçaqlayıb.

Bizim.Media-nın Siyəzənin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hər iki şəxs bir müddət öncə taxılı suvarmaq üçün su üstündə mübahisə ediblər. Nəticədə  zərərçəkən Nəzərəli Fərzəliyev dalaşdığı Həsənağa Bünyatovun atasını söyüb.

Atasını söyməsini həzm etməyən Həsənağa Bünyatov onu güdüb və girəvə düşən kimi Nəzərəli Fərzəliyevə bıçaq zərbələri endirib.

Siyəzən müalicə-dioqnostika mərkəzinə çatdırılan yaralı əməliyyat edilib. Fakta görə bu gün Siyəzən rayon polis şöbəsində CM-nin  126.1.maddəsi ilə cinayət işi açılacaq.

Həsənağa Bünyatov saxlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin