“Anam daraq da sındırıb, başımda”.
Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılovanın yenicə ailə həyatı quran ifaçı qızı Aysun qonaq olduğu “Səhər mərkəzi” verilişində deyib.
Proqramın aparıcısı Afaq Gəncəlinin ifaçıya ünvanladığı “Ananın hansı məsləhətini quılağında sırğa etmisən?” sualına Aysun belə cavab verib.
“Anam düzünü deyən insandır. Mənim dostum, rəfiqəm heç zaman olmayıb. Dostluğumu da anamla etmişəm. Ən çətin zamanlarımızda da hər zaman bir olmuşuq. Hər bir şeyi bir yerdə yaşamışıq deyə, anamın hər bir sözü mənim üçün məsləhətlidir və fikirləri çox dəyərlidir”.
“Qaynana gəlin münasibətləri” ilə bağlı suala İsmayılova belə reaksiya verib:
“Qaynanama “ana” deyirəm. Anam incimir. Mənim yoldaşımın anası mənim də anamdır”
Afaqın “Eşqin nə etsə onu bağışlamarsan?” sualına Aysun bu fikirlərini səsləndirib.
“Eşqinə təklif etmişəm ki, müğənnilik sənətini atım. Amma o, deyir ki, məndən əvvəl 1 dənə oxuyurdunsa, indi 5 dənə oxu. Hər zaman yanındayam.
Eşqinin eşqinə düşəndən sonra həyatımda hər şey dəyişdi. Şıltaqlığım, dəcəlliyim azaldı. Eşqin addım atanda 100 ölçüb, bir biçir. Düşünmürəm ki, o məni incitmək üçün hər hansısa bir səhv edər”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
10:05 / 27.04.2022
Yeni nişanlanan Aysun: "Anam başımda daraq sındırıb”
Hazırda oxunan: Yeni nişanlanan Aysun: "Anam başımda daraq sındırıb”
Hazırda oxunan: Yeni nişanlanan Aysun: "Anam başımda daraq sındırıb”
71634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.